Dərs Evi haqqında - Dərs Evi

*3377
 

Dərs Evi haqqında

Dərs Evi təhsil sahəsində fəaliyyət göstərən innovativ şirkətdir

Bu layihə bütün dünyada imtahana hazırlıq sahəsində uzun illər ərzində sınaqdan keçmiş ən uğurlu təcrübənin yerli tələblərə uyğunlaşdırılması nəticəsində yaranmışdır.

Burada həm yüksək bilik və bacarığa malik müəllim heyəti, həm də sırf imtahanlara hazırlaşdırmaq üzrə dünya təcrübəsinə malik peşəkarlar çalışır.

Dərs Evində abituriyentlərə lazımi biliklərlə yanaşı, stresli vəziyyətlərə qarşı hazırlıqlı olmaq da tədris edilir. Peşəkar kollektiv abituriyentin uğur qazanması üçün vahid komanda şəklində çalışır.

Dünya inkişaf etdikcə insanlar da inkişaf edir. Bir çox şey dəyişir və biz dəyişikliklərdən kənar qala bilmərik. İmtahan sistemi və ona hazırlıq mərhələsi də bu dəyişikliklərdən kənar qalmamışdır. Dərs Evində bu cür yeniliklər daim izlənilir və tədris mərkəzinin iş metodlarında öz əksini tapır.

Dərs Evi mərkəzində kitabxana, Wi-Fi, müasir sinif otaqları, ən son avadanlıqlar və kafe mövcuddur.

 

 

Kurslara müraciət edin