Xəbərlər - Dərs Evi

*3377
 

Gələn il buraxılış imtahanlarında yenilik ediləcək

21.06.2016

 

“Növbəti tədris ilində IX sinifdə təhsil alacaq şagirdlər 2008/2009-cu tədris ilindən tədrisinə başlanan kurikulum proqramı ilə təhsil alan uşaqlardır. Onların IX sinfi bitirdikləri zaman qiymətləndirmədə müəyyən yeniliklərin tətbiqi gözlənilir”.

APA informasiya agentliyinin verdiyi xəbərə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. O bildirib ki, növbəti tədris ilindən etibarən həmin yeniliklərdən biri şagirdlərin yazı qabiliyyətlərinin yoxlanması, inkişaf etdirilməsi və stimullaşdırılması məqsədilə buraxılış imtahanın tərkib hissəsi kimi essenin (yazı işlərinin) tətbiq olunmasıdır.

Nazir müavini qeyd edib ki, hazırda müvafiq dövlət qurumlarından olan həmkarlarla bu istiqamətdə işlər davam etdirilir. Onun sözlərinə görə, yeni tədris ilinin əvvəlində bu yeniliyin hansı formada həyata keçirilməsi, kimlərə şamil edilməsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Mənbə: APA informasiya agentliyi