Xəbərlər - Dərs Evi

*3377
 

Açıq qapı günü

26.08.2016

 

Hörmətli Abituriyentlər və Valideynlər!

Dərs Evi tədris mərkəzi valideyn və abituriyentlərin ali məktəbə qəbul üzrə imtahana hazırlıq prosesi öncəsi artan narahatlıq və suallarını nəzərə alaraq növbəti “Açıq qapı günü” tədbirini təşkil etməyi qərara almışdır.

Tədbirdə Dərs Evi tədris mərkəzinin Direktoru Pavel Belorusski valideynlər üçün çox vacib olan bir sıra məqamlara toxunacaqdır. 

Təhsil sahəsində beynəlxalq təcrübəyə malik ekspert valideynlərə övladlarının uğuru üçün nələr etməli olduqları barədə məlumat verəcəkdir. Bundan savayı Azərbaycanda ilk dəfə Dərs Evi tərədindən təqdim olunan “Peşəkar ixtisas yönləndirilməsi” xidməti və onun abituriyentlərin gələcək həyatında oynadığı vacib rol barədə ətraflı məlumat veriləcəkdir.  

Tədbirdə iştirak ÖDƏNİŞSİZDİR! İştirak qeydiyyat yolu ilə aparılır və nəzərdə tutulan yetərsaydan sonra dayandırılacaqdır.

Tədbir Azərbaycan və rus dillərində keçiriləcəkdir.