Xəbərlər - Dərs Evi

*3377
 

TQDK ali təhsil müəssisələrinə qəbula dair statistik göstəriciləri açıqlayıb

12.08.2016

 

(TQDK) 2016/2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə (I mərhələ üzrə) qəbula dair statistik göstəriciləri açıqlayıb.

TQDK-dan “Report”a verilən məlumata görə, qəbul planı, bölmələr və qruplar üzrə qəbul, oğlan və qız abituriyentlərin qəbul göstəriciləri təhlil olunub.

Xatırladaq ki, nəticələrə əsasən, ali təhsil müəssisələrinin 41 736 plan yerinin müsabiqəsində 38 118 abituriyent iştirak edib. Onlardan 34 224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 16 369 nəfərini oğlanlar, 17 855 nəfərini qızlar təşkil edir. 12 309 nəfər dövlət sifarişi əsasında, 21 915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Tələbə adı qazanmış şəxslər 2016-cı il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Statistik məlumatlar üçün linkə keçin alın: report.az