Xəbərlər - Dərs Evi

*3377
 

Azərbaycan ali məktəblərinin qəbul reytinqi

30.08.2016

 

2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul üçün yerlər ayırmış 43 ali məktəbdən 39-da  plan yerləri tam dolmayıb.

“Report” universitetlərə olan maraq baxımından onların reytinq siyahısını hazırlayıb.

Qeyd edək ki, 2016/2017-ci tədris ili üzrə respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41 736 yer ayrılıb. Müsabiqədə iştirak etmiş abituriyentlərdən 34 771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12 315 nəfər dövlət sifarişi əsasında, 22 456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qəbul planı 83.31 % dolub.

Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri tam (100 faiz), Azərbaycan Turizm və Menecment Univeristeti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun plan yerləri isə 95 faiz və daha çox dolub. Ən zəif göstərici "Odlar Yurdu" Universitetinə məxsusdur: 11,3 faiz.

Mənbə: 365.az