Xəbərlər - Dərs Evi

*3377
 

Dərs Evi tədris mərkəzi “Səmərəli Məktəb Yaradaq” layihəsində iştirak etmişdir

11.11.2016

 

2015-2016-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 12 inzibati rayon üzrə uğurlu nəticə əldə etmiş məktəblərdə 19 oktyabr tarixindən 3 noyabr tarixinədək “Səmərəli Məktəb Yaradaq” təşəbbüsü çərçivəsində “Məktəb seminarları” layihəsi həyata keçirilmişdir. Layihənin məqsədi təhsildə keyfiyyətin daha da dayanıqlı olması, “keyfiyyətli təhsil vermə”, “şagird nailiyyəti - keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürməklə səmərəli məktəb ideyasının bir dəyərə və ənənəyə çevrilməsini təmin etmək olmuşdur.

“Məktəb seminarları” layihəsi 12 istiqamət üzrə 3196 nəfərin iştirakı ilə (məktəb direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, təşkilatçı müavin, psixoloq, kitabxanaçı, 9-cu sinif şagirdi, məktəb icmasının rəhbəri və ya məktəbdə siniflər üzrə fəaliyyət göstərən valideyn komitəsinin fəal rəhbəri, hər məktəbdən fənlər üzrə (riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili, ingilis dili) 1 metodbirləşmə rəhbəri və ya qabaqcıl müəllim) müvafiq mövzular üzrə seminarlar təşkil edilmişdir.

Dərs Evi də öz növbəsində bu layihəyə dəyərli tövhəsini vermiş və tədris mərkəzinin nümayəndəsi olan Turanə Hüseynli tərəfindən şagirdlər üçün “Vaxtın düzgün idarə edilməsi və peşə seçimi” seminarları keçirilmişdir. Həyata keçirilən seminarlar şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbirlər ümumtəhsil müəssisələrində şagirdlərlə işin düzgün qurulması istiqamətində müvafiq addımların atılmasına zəmin yaratmışdır.

Seminarlar aşağıdakı məktəblərdə keçirilmişdir:

  1. Pirallahı rayonu – 186 nömrəli tam orta məktəb – 19 oktyabr
  2. Xəzər rayonu - 234 nömrəli tam orta məktəb – 20 oktyabr
  3. Sabunçu rayonu – 309 nömrəli tam orta məktəb – 21 oktyabr
  4. Qaradağ rayonu – 319 nömrəli tam orta məktəb – 24 oktyabr
  5. Suraxanı rayonu – 317 nömrəli tam orta məktəb – 25 oktyabr
  6. Nizami rayonu – 220 nömrəli məktəb-lisey – 26 oktyabr
  7. Xətai rayonu- 264 nömrəli tam ortaməktəb – 27 oktyabr
  8. Binəqədi rayonu – 144 nömrəli tam orta məktəb – 28 oktyabr
  9. Nərimanov rayonu – 207nömrəli tam orta məktəb – 31 oktyabr
  10. Nəsimi rayonu- 1 nömrəli tam orta məktəb – 1 noyabr
  11. Yasamal rayonu- 60 nömrəli tam orta məktəb – 2 noyabr
  12. Səbail rayonu – 189-190 nömrəli tam orta məktəb – 3 noyabr