Xəbərlər - Dərs Evi

*3377
 

Ali məktəbə qəbul imtahanına İlkin Hazırlıq Kursu

20.12.2016

 

Dərs Evində yeni, ali məktəbə qəbul imtahanına İlkin Hazırlıq Kursu fəaliyyətə başladı. Ilkin Hazırlıq Kursu 8, 9 və 10-cu sinif şagirdləri üçün nəzərdə tutulmuşdur, kursların əsas məqsədi:

         Şagird və abituriyentlərin fənlər üzrə baza biliklərini yeniləmək, möhkəmləndirmək

         Hər fənn üzrə spesifik tapşırıqlarla iş üçün lazımi biliklər (cədvəllərlə, xəritəylə, qrafiklərlə və s. iş) vermək

         DİM imtahanlarına daha effektiv hazırlaşa bilməkdə kömək etmək

Kurslar yanvar ayının 30–dan başlayaraq may ayının 28–nə kimi davam edəcək.

Kurs 2 fənn3 fənn blokundan ibarətdir.

Fənlər riyaziyyat və ingilis dilidir, fənn blokları isə qruplar üzrə bölüşdürülüb:

I və IV qrup fənn blokuna fizika və kimya

II qrup fənn blokuna coğrafiya və tarix

III qrup fənn blokuna ədəbiyyat və tarix daxildir.

Dərslər həm Azərbaycan, həm rus bölmələri üçün nəzərdə tutulmuşdur. Qeydiyyatdan keçmək üçün son tarix: 27 yanvar. Ətraflı məlumat üçün *3377 ilə əlaqə saxlamağınız xahiş olunur.