Xəbərlər - Dərs Evi

*3377
 

Buraxılış imtahanlarında şagirdlərin yazacaqları esselərə verilən tələblər və esse mövzularına aid nümunələr

25.02.2017

 

Ümumi təhsil müəssisələrində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına əsasən şagirdlər ümumi və tam orta (9-cu və 11-ci sinif) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında test tapşırıqlarından əlavə təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil (9-cu sinif) haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir. Qeyd edək ki, imtahanlarda inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır.

Linkə keçid alaraq 2017-ci ildə 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə yazacaqları inşalara verilən tələblər, həmçinin inşa (esse) mövzularına aid nümunələrlə (azərbaycan və rus dilində) tanış ola bilərsiniz: tqdk.gov.az