Xəbərlər - Dərs Evi

*3377
 

Dərs Evi tədris mərkəzində MÜƏLLİM vakansiyası

03.04.2017

 

Dərs Evi tədris mərkəzində MÜƏLLİM vəzifəsi üzrə vakansiya elan olunur

Niyə Dərs Evi?

Bura fərqli və innovativ tədris mərkəzidir. Bugünədək mövcud olan imtahana hazırlıq təcrübəsindən köklü şəkildə fərqlənir. Çoxillik beynəlxalq təcrübəyə əsaslanan və yerli imtahan tələblərinə uyğunlaşdırılmış unikal metodika əsasında fəaliyyət göstərir. İnteraktiv öyrətmə metodları, xüsusi hazırlanmış tədris materialları və imtahan simulyasiyaları ilə zəngin effektiv tədris proqramı sayəsində yalnız fənlər öyrədilmir, həm də imtahana hazırlaşdırılır. Daha ətraflı məlumat üçün www.dersevi.az

 

“Dərs Evi müəllimi” kimdir?


O, təkcə təlimçi deyil. O - liderdir, motivatordur, doğru yol göstərəndir.  Dərs Evi müəllimi yenilikçidir. Daim yeni məlumatlar axtarışında olan, mütəmadi qiraət və peşəkar təlimlər vasitəsi ilə bilik və təcrübəsini zənginləşdirən, ən əsası isə peşəsini sevən birisidir.

 

“Dərs Evi müəllimi” adını kim qazana bilər?

  • Ali məktəb tələbələri və ya yeni məzun olanlar
  • Qəbul imtahanında tədris edəcəyi fənn üzrə minimum 20 suala doğru cavab verənlər
  • Tədrisi həyata keçirəcəyi dili (Azərbaycan və ya Rus) mükəmməl səviyyədə bilənlər
  • İnnovativ olan, yenilikləri öyrənməyə can atanlar
  • Güclü akademik bilikərə malik olanlar
  • Dərs deməyə maraq və pedaqoji fəaliyyətdə müvəffəqiyyət əldə etmək arzusu
  • Məsuliyyətli və zəhmətkeş olanlar

 

 

“Dərs Evi müəllimi” olmağın üstünlükləri:

  • Yüksək məvacib
  • Sertifikatlı təlimlər və fərdi inkişaf proqramları
  • Uyğun iş qrafiki
  • Güclü komandanın üzvü olmaq

Azərbaycan bölməsində dərs demək istəyən şəxslər 15 may 2017-ci il tarixindən gec olmayaraq, rus bölməsi üzrə dərs demək istəyən şəxslər isə 20 maydan gec olmayaraq CV-lərini  talent@dersevi.az elektron ünvanına göndərə bilərsiniz. CV-lər mütləq iki dildə göndərilməlidir (azərbaycan və rus/ingilis). CV-ni göndərərkən məktubun ‘’Subject’’ qrafasına vakansiyanın adını yazın.

Uğurlar!