Xəbərlər - Dərs Evi

*3377
 

Aprelin 9-da imtahan verəcək şəxslərin buraxılış vərəqələri hazırdır!

05.04.2017

 

Aprelin 9-da keçiriləcək imtahanlarda iştirak edən şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzi (DİM) bildirib ki, magistratura və rezidenturaya qəbul imtahanının birinci mərhələsində, eləcə də Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi” ni çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün DİM-in saytının müvafiq səhifəsinə daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etmək lazımdır. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi yer, saat, “Yaddaş kitabçası”ndan çıxarış və s. zəruri məlumatlar əks olunur.

Bakalavrın imtahana buraxılış vərəqəsi (magistratura)

Namizədin imtahana buraxılış vərəqəsi (rezidentura)

Abituriyentin imtahana buraxılış vərəqəsi (Azərbaycan dili fənni)

Namizədlərin imtahana gələrkən şəxsiyyəti təsdiqləyən sənədi və “İmtahana buraxılış vərəqəsi”ni özləri ilə gətirmələri vacibdir.

Mənbə: salamnews.org