Xəbərlər - Dərs Evi

*3377
 

Dövlət İmtahan Mərkəzindən V qrupun abituriyentlərinə XƏBƏRDARLIQ

03.07.2017

 

Dövlət İmtahan Mərkəzi (DİM) iki gündən sonra - iyulun 5-də V ixtisas qrupu üzrə sənəd verən abituriyentlər üçün ali məktəblərə qəbul imtahanları keçirəcək.

Modern.az xəbər verir ki, DİM V ixtisas qrupundan olan abituriyentlərə buraxılış vərəqələrini çap etməyə çağırıb.  5 iyul tarixində keçiriləcək imtahanda iştirak edəcək abituriyentlər imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/erizetex/brxvtex/?frm=egov keçidinə daxil olmalıdırlar.

Qeyd edək ki, V ixtisas qrupundan olan abituriyentlər 3 fəndən - ana dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər.