Xəbərlər - Dərs Evi

*3377
 

DİM: Kooperasiya Universitetində yanğına görə təxliyə olunan abituriyentlər iyulun 27-də imtahan verəcəklər

25.07.2017

 

Dövlət İmtahan Mərkəzi Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək.

Həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Mənbə: azərtag.az