Xəbərlər - Dərs Evi

*3377
 

PEŞƏ SEÇİMİ testi!

08.08.2017

 

Moskva Dövlət Universiteti və Dərs Evi tədris mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən "Peşə seçimi" testi artıq Bakıda!

“PEŞƏORİYENTATOR” TESTİ M.V.Lomonosov adına MDU-nun alimləri tərəfindən tərtib olunub. Test Azərbaycanın tədris proqramına uyğunlaşdırılmış və lokallaşdırılmışdı.

Bu test uşağınızın maraqlarını, şəxsi keyfiyyətlərini, bacarıqlarını qiymətləndirməyə imkan verəcək. Test üç blokdan ibarətdir: birinci blok maraq sahələrini müəyyən edir, ikinci blok müxtəlif bacarıqların inkişafının səviyyələrini qiymətləndirməyə dair tapşırıqlardan ibarətdir, üçüncü blok  şəxsi xüsusiyyətlərin müəyyən olunmasına istiqamətlənir.

Testə daxildir: məsələlərin həlli, ən uyğun alternativlərin seçimi, obyektlərin verilmiş parametlərə dair qiymətləndirilməsi, bu və ya başqa vəziyyətdə davranış variantlarının seçimi.

Bütün tapşırıqların həllinə orta hesabla təqribən bir saat sərf olunur.

TESTİN NƏTİCƏLƏRİ

“PEŞƏORİYENTATOR” kompleksi üzrə testi keçəndən sonra şagird nəticələri çap olunmuş şəkildə əldə edir və bura daxildir: 

  • testlə ölçülən hər keyfiyyət üzrə nəticələrin əks olunduğu individual qrafik profil;
  • yuxarı məktəbdə şagirdə ən uyğun olan profil təhsilinin istiqamətini əks edən diaqram;
  • şagirdin şəxsi keyfiyyətlərinə, maraqlarına və bacarıqlarına maksimal dərəcədə uyğun olan peşələrin siyahısı;
  • tövsiyyə olunan ixtisaslar üçün qəbul imtahanlarının balları;
  • bütün test göstəriciləri üzrə nəticələrin genişlənmiş yazılı izahı;
  • “Dərs Evi”-ndə tövsiyyə olunan inkişafedici təlim proqramlarına dair məlumat

 

Əldə olunmuş profil, əslində, imtahan edilənin fərdi psixoloji portretidir. Şagirdin diaqnostik profili müxtəlif peşə sahələrindən olan effektiv mütəxəssislərin “ideal” profilləri ilə müqayisə olunur.

Müqayisənin nəticələri müvafiq oxşarlıq əmsalları olan ən uyğun peşələrin siyahısı şəklində təqdim olunur – öncə hər blok üzrə, sonra proqram, nəticələri bütün üç test bloku üzrə kompleks şəkildə qiymətləndirərək ideal peşələr siyahısını tərtib edir.


Testin nəticələrinə əsasən mütəxəssisin peşə konsultasiyası keçirilir. Profilə baxış keçirdikdən sonra konsultant aşağıdakı suallara cavab verəcək:

  • yeniyetmənin maraqlarının, bacarıqlarının və xasiyyətinin təhlilinə əsasən hansı peşələr hansı səbəbdən onauyğundur;
  • müvafiq təhsili hansı ali məktəblərdə almaq olar;
  • tövsiyyə olunan ixtisaslar üçün hansı imtahanlar verilməlidir;
  • profil sinfi, məktəbi, liseyi və ya kolleci necə seçmək olar;
  • xasiyyətin testlə müəyyən olunmuş “zəif” tərəflərini necə düzəltmək olar;
  • şagird üçün uyğun olan peşə sahələrində özünü müvəffəqiyyətlə reallaşdırmaq üçün zəruri olan xüsusiyyətləri necə inkişaf etdirmək olar.

Həmçinin psixoloq-peşəkosnultant müasir əmək bazarında olan vəziyyətdə istiqamətlənməyə kömək edəcək, tələb olunan peşələr və ali məktəblər haqqında danışacaq.

Testin qiyməti 60 manat təşkil edir. Testlər məhdud saydadır! Ətraflı məlumat üçün: *3377