Xəbərlər - Dərs Evi

*3377
 

Test hazırlığı üzrə dünya liderindən IELTS kursları

19.10.2017

 

Dərs Evinin Azərbaycanda yeganə Kaplan Sertifikatlı Tədris Mərkəzi adını qazanmasını elan etməyimizdən məmnunluq duyuruq!

Metodologiyanın əsas missiyası hər bir tələbənin öz potensialının fərqinə varması, eləcə də öz təhsil və karyera məqsədlərinə nail olmasına yardım etməkdir.

“Kaplan” Mərkəzləşdirilmiş İmtahanlara hazırlıq üzrə dünya lideridir və 75 il əvvəl təməli qoyulduğu gündən etibarən milyonlarla tələbəyə xidmət etmişdir. Metodologiyaya əsasən beynəlxalq miqyasda, kollec və magistratura pilləsinə qəbul, İngilis dili biliyi və bir sıra peşəkar lisenziya imtahanları üçün 90-dan çox standart test vəsaitinin tərtib olunması təklifini irəli sürülür. 2013-cü ildə “Kaplan Test Prep” onlayn proqram üzrə qeydiyyatdan keçənlər də daxil olmaqla, 415 000-dən çox tələbə və peşəkarlar üçün  kurslar təşkil etmişdir. “Test prep” 100-dən çox ölkədə onlayn şəkildə, 30 ölkədə isə diller və tərəfdaşlar vasitəsilə çatdırılır.

Hər bir qrup üzrə tələbə sayı: 6

Qiymətə daxildir: e-book və rəqəmsal resurslar

Hər bir dərsin müddəti: 2 saat