Xəbərlər - Dərs Evi

*3377
 

Əsl Yay Proqramı Dərs Evində!

10.07.2018

Yay tətilini maraqlı və səmərəli keçirmək üçün Dərs Evinin Yay Proqramına qoşulun! 

Burada şagirdlər özlərini müxtəlif peşələrdə sınaya, faydalı bacarıqlara yiyələnə, yeni dostluqlar qazana və bolluca əylənə biləcəklər!

13 gün ərzində gənclər natiqlik sənətinə bələd olacaq, kimya, riyaziyyat və kənd təsərrüfatı üzrə peşəkarlardan master klaslar alacaqlar!

Yay Proqramının sonunda iştirakçıları peşə seçiminə istiqamətləndirmək üçün onlara Dərs Evinin Peşə Seçimi Testi 50% endirimlə təklif olunacaq. 

Bütün iştirakçılar sertifikatlarla təltif olunacaq!

8-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan Yay Proqramı 30 İyul – 12 Avqust tarixlərində keçiriləcək. İştirakçılara proqramı Azərbaycan və ya Rus dilində keçmək üçün seçim veriləcək. 

Əsl Yay Proqramına qatılmaq üçün qeydiyyat formasını doldurmağınız xahiş olunur. 

Ətraflı məlumat üçün : *3377​

Qeydiyyat üçün bu keçiddən istifadə edin https://bit.ly/2KM7IhH