Rəhbərlik - Dərs Evi

*3377
 

Rəhbərlik

Pavel Belorusskiy

Baş icraçı direktor

“Dərs Evi”nə gəlməmişdən öncə ABŞ-da riyaziyyat üzrə elmlər namizədi dərəcəsini almış, Miçiqan (University of Michigan), Kaliforniya (UCLA) Universitetlərində dərs demiş, Çikaqo Universitetində “İlin müəllimi” mükafatına layiq görülmüşdür. Daha sonra bir çox təhsil üzrə layihə və proqramların idarə heyətində çalışmış və qurucularından olmuşdur. Pavel həm də Rusiya Federasiyasında qəbul imtahanına hazırlıq sahəsinin aparıcı şirkətlərindən birinin əsasını qoymuşdur.
Pavelin ölkəmizə gəlişinin əsas məqsədi Qərb təhsil sisteminin təzahürü ilə Azərbaycanda bir sıra müasir və effektiv layihələrə imza atmaqdır.
Öz dərin təcrübəsi sayəsində innovativ metodikanın yerli tələblərə uyğunlaşdırılması ilə yanaşı, tədris mərkəzimizin ümumi strategiyası və inkişaf planı üzərində işə böyük həvəslə liderlik edir.

Marina Rozenfeld

Məhsul departamentinin direktoru

Marinanın qəbul imtahanına hazırlıq sahəsi üzrə təcrübəsi 15 ildən çoxdur.
Marina ali təhsil aldığı müddətdə paralel olaraq nüfuzlu Kaplan test hazırlığı mərkəzində təlimatçı kimi çalışmış və son 12 ildə dərs deməklə yanaşı tədris materiallarının hazırlanması, yeni təlim üsullarının tətbiq edilməsində yaxından iştirak etmişdir.
İsrail və Rusiya kimi ölkələrin təhsil sistemlərində unikal metodikalı tədris mərkəzlərinin qurulmasında, müəllimlərin yetişdirilməsində və metodiki tədris vasitələrinin hazırlanmasında aparıcı vəzifələrdə çalışmışdır. Pavel ilə birgə Rusiya Federasiyasında qəbul imtahanına hazırlıq sahəsinin aparıcı şirkətlərindən birinin əsasının qoyulmasında yaxından iştirak etmişdir.
“Dərs Evi” onun innovativ üsullara olan marağı və peşəkarlığı nəticəsində daha da inkişaf edəcək və uğurlarını sıralayacaqdır.

İnara Vəliyeva

Kommersiya departamentinin direktoru

Təhsil aldığı dövrlərdə ən yüksək dövlət təqaüdünə layiq görülməklə yanaşı , nüfuzlu beynəlxalq neft şirkətinin də təqaüdünü qazanan İnarə, “Dərs Evi”ndən öncə Procter&Gamble şirkətində rəhbər vəzifələrdə çalışmış və bir çox müvəffəqiyyətli layihələrin müəllifi kimi yadda qalmışdır. İnsan haqları, uşaqlar, ətraf mühit, sağlamlıq və təhsil kimi məsələlərə çox ciddi yanaşır. Marketinq üzrə yüksək səviyyəli bilik və bacarığı ilə tədris mərkəzimizin əhaliyə daim daha yaxşı xidmət göstərməsini təmin etməkdə əvəzsiz rola malikdir.

Əfsanə Rəcəbova

İnsan resursları üzrə menecer

İnsan resurslarının idarə edilməsi üzrə çoxillik təcrübəyə malikdir və son 6 ildə ölkənin 6000-dən çox əməkdaşı olan böyük holdinqlərindən birində qeyd olunan məsul vəzifədə çalışmışdır. Öz təcrübəsi ilə “Dərs Evi”nin bu sahədəki əsas prinsiplərini həyata keçirməyə hazırdır. “Dərs Evi”-nin peşəkar kollektivin qurulmasında və əməkdaşların vahid komanda kimi formalaşmasında onun əvəzsiz rolu vardır.

Rüfət Cahangirov

Baş maliyyə direktoru

Təbii qaz, neft, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər biznes sektorlarının maliyyə şöbələrində 10 ildən çox təcrübəsi vardır. Beynəlxalq idarəetmə standartları üzrə nüfuzlu CIMA institutunun Ali Diplomunu əldə etmişdir. Onun liderlik keyfiyyətləri və geniş təcrübəsi “Dərs Evi”nin maliyyə sahəsi üzrə fəaliyyətini yüksək səviyyədə həyata keçirməyə və idarə etməyə imkan yaradır.