Mətbuatda - Dərs Evi

*3377
 

“Bilirdi, amma özünü itirdi və ya doğru seçimə gedən yol”

28.11.2015

 

TQDK-dan yüksək bal yığmaq üçün bütün dərs kitablarını oxumaq lazım deyil. Ən əsası doğru yanaşma və hazırlıq prosesidir. Mən, illərdir, abituriyentlərin universitetlərə hazırlıqları ilə bağlı onların fikirlərini və imtahanda keçirdikləri stres haqda eşitmişəm. Bununla bağlı araşdırmalar və məqalələr də yazmışam. Yaxınlarımızdan da eyni qaydada problemlərlə üzləşən olub. Nəticə isə “həyəcanlandım”, “bilmədim nə edim”, “500 bal yığacaqdım amma 250 yığdım”,“sonda kodlamaya vaxt qalmadı” kimi fikirlər olur. Və belə hallar, yüzlərlə yox, minlərlədir. Çox zaman valideyn bunun səbəbini elə imtahan günü stresi ilə izah edərək uşağın qazandığı balla qane olub istəmədiyi fakültədə oxumağına göz yumur. Çünki yenidən hazırlaşmaq həm cibə ziyandır, həm də əlavə vaxt itkisidir. Uğursuz imtahan “travması” da öz yerində.

Əslində isə çox zaman belə problemlər daha öncədən özünü göstərir və bu problemlərin vaxtında və effektiv həll edilməsi uşağın uğur qazanma şansını artıra bilər. Biz çox zaman deyirik ki, “əsas uşağın canında olmalıdır, qalanı boş şeydir” ya da “bilirdi amma özünü itirdi”. Bəlkə burada valideyn öz günahını görməyib, bütün yükü ömründə ilk dəfə çətinliklə üzləşəcək uşağa yıxmaq istəyir.

Əslində isə valideyn doğru seçim edərək peşəkarların xidmətindən istifadə etməlidir. Bununla bağlı sizə bir məlumat verim ki, Azərbaycanda TQDK imtahanı üzrə hazırlıq aparan və bu prosesdə yeniliklər edəcək yeni bir tədris mərkəzi fəaliyyətə başlayıb. “Dərs evi” tədris mərkəzi haqda ilk dəfə eşidəndə onların fəaliyyəti barədə tam məlumatlı deyildim. Araşdırandan sonra gördüm ki, bu tədris mərkəzi valideyn və abituriyentlərin gözdən qaçırdığı əsas məqamlara fikir verərək öz tədris sistemini formalaşdırıb. Məncə, bu kursun üstün cəhəti ciddi və sistemli işləyəcək müəllim kollektivinin olması və ən əsası isə abituriyentlərlə effektiv psixoloji hazırlıqların aparılmasıdır. Özlərinin də qeyd etdiyi kimi “Biz yalnız fənni tədris etmirik, həm də imtahana hazırlayırıq” fikirləri onların doğru yolda olduğunu göstərir. Çünki bütün dünyada imtahanın özünə hazırlıq fənnin öyrənilməsi qədər vacibdir. Hər bir imtahanın özünün spesifik sualları və sistemi olur. Bu məsələdə “Dərs evi” tədris mərkəzi Azərbaycanda bir ilkə imza atacaq.

Yuxarıda da qeyd etdiyim kimi kursda hazırlaşarkən əsas məqsəd maksimal bal yığıb istədiyin fakültəyə qəbul olmaqdır. Tədris mərkəzinin proqramı Diaqnostik imtahan, Mühazirələr, Tapşırıqların həlli alqoritmi, Seminarlar, Söhbətlər, Sınaq imtahanları və digər elementlərdən ibarət olan geniş bir sistem tətbiq olunmaqla sizin uşağınızı universitetə hazırlayır. Bu da abituriyentin imtahana hazırlıq prosesinə tam köklənməsinə səbəb olur.

Çox zaman valideynlər öz istəklərini nəzərə alaraq uşaqların fikirlərinə məhəl qoymurlar. Bu da sonra elə valideyinlərin özləri üçün bir problemə çevrilir. Uşaqların həyatda qarşılaşdığı ilk sınaq universitet imtahanı olur. Bu imtahandan üzü ağ çıxmaq və abituriyentin xəyalındakı zirvəyə çatmasına yardım etmək yolunda “Dərs evi”-nin mütəxəssisləri öz köməkliklərini göstərəcəklər.

Mürsəl Əliyev (təhsil üzrə ekspert Telebe.az saytının rəhbəri)

http://www.telebe.az/bilirdi-amma-ozunu-itirdi-v%C9%99-ya-dogru-secim%C9%99-ged%C9%99n-yol/