Sual-cavab - Dərs Evi

*3377

Tez-Tez verilən suallar

Dərs Evi təhsil sahəsində fəaliyyət göstərən, abituriyentləri qəbul imtahanlarına hazırlaşdıran innovativ şirkətdir.

Dərs Evi kursları iki qrup ekspertlərin birgə fəaliyyətinin nəticəsidir. Birinci qrup Azərbaycanın yüksək ixtisaslı muəllimləri, ikinci qrup isə qərb mutəxəssislərindən ibarət komandadan təşkil olunmuşdur. Onlar standartlaşdırılmış test imtahanlarına hazırlıq sahəsində çoxillik təcrübəyə malikdirlər. Bu testlər qərbdə DİM-dən daha əvvəl yaradılmış və bu müddət ərzində imtahanlara daha effektiv yanaşma müəyyən edilmişdir.

Beləliklə, Dərs Evi uzun illər nəticəsində qazanılan bilik və təcrübədən istifadə edərək Azərbaycanda yeni növ imtahanlara hazırlıq üzrə tədris mərkəzinin yaradılmasına nail oldu.

 

Tam yanaşma: Əminik ki, imtahana hərtərəfli hazırlaşmaq lazımdır və uğura aparan yolda üç vacib amil vardır:

Birinci: Fənnin və onu əhatə edən materialların öyrənilməsi

Ikinci: İmtahanın özünün öyrənilməsi. Bu bizə imkan verir ki, öz biliklərimizi imtahanda ballara çevirə bilək. Məsələn, hamı bilir ki, fənləri tam bilsək də sadəcə imtahan zamanı olan diqqətsizliyə, vaxtın düzgün bölüşdürülməməsi, sualların tərtibatını bilməməyimizə görə də bal itirə bilərik.

Üçüncüsü: Psixoloji hazırlıq. Abituriyent imtahana yalnız bilik cəhətdən hazır olmamalıdır, o, həm də özünə inanmalı, imtahanda nə edəcəyini bilməli və stresli vəziyyətlərə qarşı hazırlıqlı olmalıdır.

Bu üç şərtin vəhdəti və kursun tədris prosesinə tam inteqrasiyası nəticəsində abituriyent imtahana tam şəkildə hazırlaşmış olur.

Effektiv təlim prosesi. Qısa müddətdə maksimum nəticə əldə etmək üçün, qərbdə artıq istifadə olunan, lakin Azərbaycanda çox az rast gəlinən tədris sistemindən istifadə olunur. Tapşırıqların verilməsi, dərs zamanı həll olunması və imtahanda tətbiqi yolları dəqiqliklə düşünülmüş və planlaşdırılmışdır.

Müəllimlər. Hər şeydən əvvəl, bizim müəllimlər sadəcə təlimçi yox, həm də abituriyentləri ruhlandıran və motivasiya edən liderlərdir. Qeyd etmək lazımdir ki, seçim üçün dörd yüzdən artıq müraciət daxil olmuş və onlardan yalnız 30 nəfər Dərs Evi müəllimi olmaq hüququnu qazanmışdır.

 

Dərslər Dərs Evi tədris mərkəzində keçirilir. Tədris mərkəzi Hüseyn Cavid prospekti, Mirvari Park Yaşayış Kompleksi ünvanında yerləşir. Tədris iki hissədən ibarətdir: evdə və sinifdə. Sinifdə mühazirələr keçirilir, lazım olan nəzəriyyələr başa salınaraq testlər vasitəsilə tətbiqi öyrədilir. Ev tapşırıqları DİM-nin test bankı kitablarından verilir, çünki bildiyimiz kimi həmin sualların bir hissəsi hər il imtahanlarda istifadə olunur. Bundan əlavə müəllim abituriyentlərə dəqiq iş planı verərək onların tapşırıqların öhdəsindən fərdi şəkildə necə gəldiklərini müəyyən edir. Bundan başqa əlavə keçirilmiş dərslərin qavranma dərəcəsini müəyyən edən görüşlər keçirilir və bu görüşlərdə abituriyentlər öz biliklərini müəllimin nəzarəti altında yoxlayıb suallar verə bilər.

Dərs Evi tədris mərkəzi 2015-ci ilin fevral ayında fəaliyyətə başlamışdır.

Dərs Evində psixoloji hazırlıq geniş və sistemli şəkildə həyata keçirilir. Hazırlığın hər psixoloji aspekti üzərində ayrıca işləyirik və bunu yalnız imtahandan əvvəl yox, bütün kurs boyu edirik. Digər tərəfdən abituriyentin psixoloji hazırlığı ilə onu ilk dəfə görən psixoloq yox, onunla bütün kurs boyu işləyən müəllimin özü çalışır. Bizim müəllimlərimiz fərdi psixoloji hazırlığı qurmağı bacarırlar və istənilən abituriyentə uyğun olan metodlar, məşqlər və yanaşmalar təklif edirlər.

 

Dərs Evi təhsil mərkəzinin yaxın gələcəkdə şəhər daxilində və Azərbaycanın regionlarında da filialları açılacaqdır.

İlkin Hazırlıq kursları üçün 1 fənn və ya fənn bloku üçün 1 aylıq ödəniş 49 manat civarındadır.

Dərs Evi abituriyentlərə müxtəlif endirimlər təklif edir. Məlumat almaq üçün mərkəzə yaxınlaşa bilərsiniz.

Bizim müəllimlərimiz – yeni nəsil müəllimlərdir. Hər şeydən əvvəl, müəllimlərimiz yalnızca öyrətmirlər, onlar abituriyentləri arxalarınca aparırlar, motivasiya edirlər, şəxsi nümunələriylə nəyə doğru yönəlməli olduqlarını göstərirlər. Bu əsasən Bakının ən yaxşı ali məktəblərinin yuxarı kurs tələbələri və məzunlardır. Onlar 3 aylıq xüsusi təlim proqramlarında iştirak etmişlər. Bundan əlavə, bizim müəllimlərimiz qərb mütəxəssislərindən və yerli ekspertlərdən daim konsultasiya alırlar.

Bütün tədris proqramı boyunca biz imtahanlar və sınaqlar keçiririk. Bunda əsas məqsəd abituriyentlərin inkişafını qiymətləndirməkdir. Bundan əlavə, kursun sonunda sınaq imtahanlarından, onların təhlilindən və imtahanın bəzi texniki və psixoloji amillərinə hazırlıqdan ibarət görüşlər keçirilməkdədir.

Məşğələlər zamanı biz Dərs Evi kursunun kitablarından istifadə edirik. Bu kitablar bizim tədris metodikamıza uyğun olaraq hazırlanmışdır və onlar eyni zamanda iş dəftərləridir. Sinifdə, dərs zamanı onlardan istifadə olunur. Bundan əlavə biz test banklarını və DİM nəzəriyyə toplularıyla abituriyentləri təmin edirik. Bütün tədris materialları kursun qiymətinə daxildir.

Psixoloji hazırlıq imtahanın ayrılmaz hissəsidir və bu xidmət bizim təklif olunan kursumuzun tərkib hissəsidir. Tədris mərkəzində abituriyentlər kitabxana, kafeteriya, müasir dərs və hazırlıq otaqları kimi xidmətlərdən yararlana bilərlər.

Xeyr. Bizim prinsipimiz imtahana hazırlaşan hər bir abituriyentin maksimal dərəcədə yüksək nəticə əldə etməsinə kömək etməkdir. Bununla bərabər biz eyni sinifdə təhsil alan abituriyentlərin bilik səviyyələrinin çox fərqlənməməsinə diqqət yetiririk. Mütəmadi olaraq onların bilik səviyyəsi yoxlanılır və ehtiyac duyulduqda müəllim digərlərindən daha güclü və ya daha zəif tələbələrlə fərdi şəkildə məşğul olur.

Azərbaycanın ən yaxşı hazırlıq və bunker müəllimləri, DİM-nin üzvləri kurs üçün materialların hazır olunmasında iştirak ediblər. Bizim məqsədimiz illərlə qazanılmış təcrübəni yeni növ tədris metodikasında birləşdirməkdir.

Bu il kurs yalnız bakalavr pilləsinə qəbul imtahanına hazırlaşdırmaq üçün təşkil edilib.

Biz hər zaman valideynlərin abituriyentin imtahanlara hazırlığı prosesində iştirakını dəstəkləyirik. Yaxın zamanda onlayn sisteminin işə salınmasını nəzərdə tuturuq və bu valideynlərə təhsil prosesini müşahidə etməyə imkan yaradacaq.

CV-nizi talent@dersevi.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Dərslər həm rus, həm də Azərbaycan bölmələri üçün keçirilir.

Dərs Evi tədris mərkəzi Hüseyn Cavid prospekti Mirvari park yaşayış kompleksində, Zərifə Əliyeva adına liseyin qarşısında, köhnə ayaqqabı fabrikinin yerində yerləşir. Bir az sonra Avropa-Azərbaycan məktəbi yerləşməkdədir. Metronun Elmlər Akademiyası stansiyasından 3, 6, 18, 63, 96 saylı avtobuslar tədris mərkəzinə tərəf gedir. Onlar Dərs Evinə çox yaxın məsafədə yerləşən  Mothercare dükanının qarşısındakı dayanacaqda dayanırlar.