IELTS ® - Dərs Evi

*3377
 

Dərs Evində IELTS hazırlığı

“International English Language Testing System” (IELTS) ingilis dilli mühitdə təhsil almaq, işləmək və yaşamaq istəyən hər bir xarici dil daşıyıcıları üçün nəzərdə tutulan standartlaşdırılmış ingilis dili testidir. IELTS dil sertifikatı dünyanın ingilis dilindən istifadə olunan istənilən nöqtəsindəki bir çox müəssisələrdə beynəlxalq elmi və peşəkar imkanlara yol açır.

1989-cu ildə əsası qoyulmuş IELTS dünyada ən çox tanınan mühüm ingilis dili sertifikatına çevrilmişdir. Hazırda dünyanın 140-dan çox ölkəsində hər il iki milyon test imtahanı həyata keçirən təxminən 1,000 test məntəqəsi mövcuddur. 9,000-dən çox dünyamiqyaslı təşkilat  bu sertifikatı ingilis dili səriştəsinin təsdiqlənmiş sübutu kimi qəbul edir.

IELTS imtahanı ümumilikdə 2 saat 45 dəqiqə davam edir. Bu müddət ərzində siz dinləmə (30 dəqiqə), oxuma (60 dəqiqə) və yazı (60 dəqiqə) bacarıqlarından eyni gündə imtahan verəcəksiniz. Lakin danışıq bacarığınız bundan əvvəl, sonra və ya elə həmin gün digər bacarıqlarla birlikdə yoxlanılacaq. Danışıq bacarığı üzrə imtahan 11-14 dəqiqə davam edir.

 

Hər bir qrup üzrə tələbə sayı: 6

Qiymətə daxildir: e-book və rəqəmsal resurslar

Hər bir dərsin müddəti: 2 saat