PAEI - Dərs Evi

*3377

Menecer üslubunun müəyyənləşdirilməsi testi (PAEI)

MSI (Management Style Indicator) testi Adizes İnstitunun yaradıcısı və direktoru doktor İsxak Adizes (Ichak Adizes) tərəfindən işlənilmiş konsepsiya üzərində əsaslandırılmışdır.

Doktor Adizes hesab edir ki, idarəetməni onun komanda, şöbə, şirkət, ailə və hətta ölkə səviyyəsində olmasından asılı olmayaraq, dörd əsas funksiya ilə təsvir etmək mümkündür.

PAEI  akronimi rol adlarının ingilis dilində olan yazılışının ilk hərflərindən əmələ gəlib. (P– Producer, A – Administrator, E – Entrepreneur, I – Integrator) İdarəçilik effektivliyinin qiymətləndirməsi üçün faydalı olan bu alət menecerə geniş hadisələr spektrini anlama və izah etmə imkanı verir.

Adizesə görə dörd menecer üslubu:

Hər birimizin məhz özümüzə xas olan nisbətdə P, A, E və I funksiyalar kombinasiyası ilə təsvir edilmiş xüsusi menecer üslubumuz var. Bizim şəxsi üslubumuzda bütün dörd rol mövcud olsa da, biz digər rolların hesabına bunlardan müəyyən birinə daha böyük nisbətdə üstünlük veririk. Bu və ya digər rolun ifadəsində olan fərq insanların davranışlarında və idarəedilməsində xarakterik tip yaradaraq “menecer üslubu” adlandırılır. Müəyyən hadisələrin təsiri altında hər birimiz idarəçilik üslubumuzda dəyişiklik edə bilərik, lakin uzunmüddətli perspektivdə bizim menecer üslubumuz sabit qalaraq, başqa insanlarla adət etdiyimiz qarşılıqlı əlaqə tərzini əks etdirir.