Sınaq imtahanları

Dərs Evi mütəmadi olaraq DİM qaydalarına əsaslanan buraxılış və qəbul sınaq imtahanları təşkil edir.

Buraxılış sınaq imtahanı

9-cu sinif şagirdləri üçün buraxılış imtahanının II mərhələsinə uyğun 3 fənn üzrə (Ana dili, İngilis dili, Riyaziyyat) 90 qapalı tapşırıq verilir. Cəmi toplana biləcək bal - 210. İmtahan 2 saat 15 dəqiqə ərzində keçirilir.

11-ci sinif şagirdləri üçün 85 tapşırıq verilir. İmtahan 3 saat ərzində keçirilir.
Ana dili - Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı) və dil qaydalarına dair 10 qapalı tapşırıq. Cəmi: 30 tapşırıq
Riyaziyyat - həllinin yazılması tələb olunan 7 açıq tapşırıq+ ənənəvi formada olan 5 açıq tapşırıq+13 qapalı tapşırıq.
Cəmi: 25 tapşırıq
Xarici dil - 1. Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı + 3 yazı tələb olunan açıq);
2. Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 8 tapşırıq (4 qapalı + 4 yazı tələb olunan açıq);
3. Dil qaydalarına dair 16 qapalı tapşırıq. Cəmi: 30 tapşırıq

Qəbul sınaq imtahanı

3 saat davam edən sınaq imtahanında 4 ixtisas qrupu üzrə tapşırıqlar təqdim olunur.
I qrup: Riyaziyyat, Fizika, Kimya
II qrup: Riyaziyyat, Coğrafiya, Tarix
III qrup: Azərbaycan (rus) dili, Tarix, Ədəbiyyat
IV qrup: Kimya, Biologiya, Fizika

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur (22 qapalı + 8 açıq sual).
Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar isə uzun müddət istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyən etmə tipli tapşırıqlardır.

Sizin üçün maraqlı ola bilər

  • Psychological training

    2 gün davam edən təlim nəticəsində abituriyentlər müxtəlif məşğələlər etməklə stresin idarə edilməsi ilə bağlı özləri üçün şəxsi strategiya yaradırlar.

  • Courses for 10th graders

    Dərslər qrup şəklində keçirilir və hər bir şagird üçün şəxsi strategiya hazırlanır.

  • IELTS

    IELTS kursları beynəlxalq Kaplan metodikası əsasında aparılır, hansı ki, ən qısa zamanda effektiv nəticələrin verilməsini təmin edir. IELTS üzrə müəllimlərimiz Londonda sertifikasiya imtahanlarında keçirilib, hər dərsin proqramı Kaplan şirkəti tərəfindən hazırlanır. 

  • Talkeens

    İngiliscə danışmaq üçün həmsöhbət tapa bilmirsiniz?

  • Courses for 8th graders

    Təməl kursu 8-ci sinif şagirdləri üçün şagirdlərin baza biliklərinin artırılmasına istiqamətləndirilmişdir və fevral-may ayları ərzində keçirilir.