10-cu sinif üçün hazırlıq

Dərslər qrup şəklində keçirilir və hər bir şagird üçün şəxsi strategiya hazırlanır.

Kursa qeydiyyatdan keçin

Onuncu sinif şagirdlərinə DİM-in həm buraxılış, həm də qəbul imtahanlarının proqramına daxil olan fənlər üzrə seçilmiş ixtisas qrupuna uyğun kurslar təklif olunur. Onlara qrup daxilində hansı fənlərdən hazırlıq kursunu seçəcəklərinə qərar vermək imkanı verilir.

Məşğələlər zamanı şagirdlər imtahan üçün lazım olan nəzəri biliklər əldə edir, imtahan suallarının formatlarını və onların həlli üsullarına yiyələnir, həmçinin tapşırıqları həll etmək üçün ayrılmış vaxtdan səmərəli istifadə etməyi öyrənirlər. Biz imtahana hazırlıq prosesini asanlaşdıran yaxşı nəzəri baza təmin edirik ki, bu zaman bizim əsas prinsipimiz – tapşırıqların həllinə yönəlmiş tədris prinsipi – sarsılmaz olaraq qalır. Hər fənn həftədə bir dəfə tədris olunur və hər dərs üç-dörd saat davam edir. Məşğələlər aralarında DİM-in sertifikatlı markerlərinin də oluğu "Dərs Evi" müəllimləri tərəfindən aparılır.

Dərslər sentyabr ayında başlayır və may ayının sonuna qədər davam edir. Kurs müddətində hər ay DİM-in son buraxılış və qəbul imtahanları formatına uyğun mövzu, ümumi sınaq imtahanları keçirilir.

Hazırlıq kurslarımızın məzunları hazırda ölkənin ADA Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı (MDU Bakı filialı), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və s. kimi ən yaxşı ali məktəblərində uğurla təhsil alırlar.

Kursa qeydiyyatdan keçin

Aşağıdakı xanaları doldurun

Sizin üçün maraqlı ola bilər

  • SAT

    General SAT kursları beynəlxalq Kaplan metodikası əsasında qurulub. Kaplan metodikasının güclü tərəfi - qısa zamanda effektiv nəticə verməsidir.

  • Sınaq imtahanları

    "Dərs Evi" müntəzəm olaraq DİM qaydalarına uyğun şəkildə buraxılış və qəbul imtahanları keçirir.

  • 9-cu sinif üçün hazırlıq

    Dərs Evində buraxılış imtahanına hazırlıq 9-cu sinif şagirdləri üçün qrup şəklində həyata keçirilir.

  • Təməl kursu

    Təməl kursu 8-ci sinif şagirdləri üçün şagirdlərin baza biliklərinin artırılmasına istiqamətləndirilmişdir.

  • 10-cu sinif üçün hazırlıq

    Dərslər qrup şəklində keçirilir və hər bir şagird üçün şəxsi strategiya hazırlanır.

  • IELTS

    IELTS kursları beynəlxalq Kaplan metodikası əsasında aparılır, hansı ki, ən qısa zamanda effektiv nəticələrin verilməsini təmin edir.