Dərs Evi tələbə olacağınıza yazılı zəmanət verir!
Dərslər qrup şəklində keçirilir, buna baxmaraq müəllim tərəfindən hər bir şagirdə fərdi olaraq diqqət göstərilir. Bundan əlavə, hər bir abituriyentə imtahandan yüksək nəticə əldə etməsi üçün fərdi strategiya hazırlanır.
Kurs zamanı şagirdlər imtahan üçün zəruri olan nəzəri bilikləri əldə edirlər, imtahan suallarının formatları və həllini öyrənirlər, tapşırıqları yerinə yetirmək üçün ayrılmış vaxtdan səmərəli istifadə etmə üsulları ilə də tanış olurlar. Biz imtahana hazırlıq prosesini asanlaşdıran yaxşı nəzəri baza təmin edirik. Bu zaman əsas prinsipimiz – tapşırıqların həllinə yönəlmiş tədris prinsipi – sarsılmaz olaraq qalır. Hər fənn həftədə bir dəfə tədris olunur və dərslər 3-4 saat davam edir. Riyaziyyat, tarix, kimya, fizika, biologiya kimi fənlər üzrə dərslər 4 saat keçirilir.
Kurs DİM-in sertifikatlı markerlərinin də yer aldığı "Dərs Evi" müəllimləri tərəfindən aparılır.
Kurs müddətində hər ay Dövlət İmtahan Mərkəzinin ən son buraxılış və qəbul imtahanları formatına uyğun mövzu və ümumi sınaq imtahanları keçirilir.
Dərs Evi həm canlı, həm də onlayn dərs formatını birləşdirən Blended təhsil modelini tətbiq edir. Ev tapşırıqları, cədvəl və nəzəriyyə! Bütün dərslər yazılır, şagird istədiyi vaxt dərsin videosunu yenidən izləyə bilir.
E-dərs sistemi özündə ənənəvi təhsil ilə onlayn təhsilin üstünlüklərini birləşdirir! Beləliklə şagirdlər dünya üzrə yenilənən dərs formatı ilə tanış olurlar. Vaxta qənaət, ev tapşırıqlarının tez və rahat yoxlanılması, müəllim ilə birbaşa ünsiyyət E-ders onlayn tədris sisteminin güclü tərəflərindəndir. Bu sistem valideynlər üçün də çox rahatdır. Onlar övladlarının tədrisdə irəliləyişini izləyə və davamiyyətlərini nəzarətdə saxlaya bilərlər.
Sistemimiz sınaq imtahanları və video dərslər daxil olmaqla sonuncu hazırlığa kimi düşünülərək hazırlanıb! Şagirdlər mütləq bütün mövzuları öyrənəcəklər!
Hazırlıq kurslarımızın məzunları ölkənin ADA, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı (MDU Bakı filialı), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) kimi ən yaxşı ali məktəblərində təhsil alırlar.
Qeydiyyat üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur.
Aşağıdakı xanaları doldurun
Classes are held by the CELTA certified tutors.
Təməl kursu 8-ci sinif şagirdləri üçün şagirdlərin baza biliklərinin artırılmasına istiqamətləndirilmişdir.
Dərslər qrup şəklində keçirilir və hər bir şagird üçün şəxsi strategiya hazırlanır.
Təlim nəticəsində abituriyentlər müxtəlif məşğələlər etməklə stresin idarə edilməsi ilə bağlı özləri üçün şəxsi strategiya yaradırlar.
IELTS trial üçün Dərs Evinə gəl!
Dərslər qrup şəklində keçirilir və şagirdlər üçün şəxsi strategiya hazırlanır.
"Dərs Evi" müntəzəm olaraq DİM qaydalarına uyğun şəkildə buraxılış və qəbul imtahanları keçirir.
Dərs Evi sizə 9-cu siniflər üçün buraxılış fənləri üzrə hazırlıq təklif edir!