Dərslər qrup şəklində keçirilir, buna baxmaraq müəllim tərəfindən hər bir şagirdə fərdi olaraq diqqət göstərilir. Bundan əlavə, hər bir abituriyentə imtahandan yüksək nəticə əldə etməsi üçün fərdi strategiya hazırlanır.
Biz məzunlara seçilmiş ixtisas qrupuna hazırlıq kursları təklif edirik.
Kurs zamanı şagirdlər imtahan üçün zəruri olan nəzəri bilikləri əldə edirlər, imtahan suallarının formatları və həllini öyrənirlər, tapşırıqları yerinə yetirmək üçün ayrılmış vaxtdan səmərəli istifadə etmə üsulları ilə də tanış olurlar.
Biz imtahana hazırlıq prosesini asanlaşdıran yaxşı nəzəri baza təmin edirik. Bu zaman bizim əsas prinsipimiz – tapşırıqların həllinə yönəlmiş tədris prinsipi – sarsılmaz olaraq qalır. Hər fənn həftədə bir dəfə tədris olunur və hər dərs 3-4 saat davam edir. Riyaziyyat, tarix, kimya, fizika, biologiya kimi fənlər üzrə dərslər 4 saat keçirilir.
Kurs DİM-in sertifikatlı markerlərinin də yer aldığı "Dərs Evi" müəllimləri tərəfindən aparılır.
Dərslər sentyabrda başlayır və imtahana kimi davam edir. Qəbul imtahanına aid fənlər üzrə dərslər isə imtahanın ikinci mərhələsinə qədər davam edir. Kurs müddətində hər ay Dövlət İmtahan Mərkəzinin ən son buraxılış və qəbul imtahanları formatına uyğun mövzu və ümumi sınaq imtahanları keçirilir.
Bundan başqa abituriyentlər imtahana psixoloji hazırlıq təlimlərində iştirak etmək imkanına da malik olurlar. Biz onlara psixoloji dəstək göstəririk və öz güclərinə inanmaları üçün çalışırıq. Məhz bu diqqət və qayğı sahəsində abituriyentlərimiz uğurla xəyallarındakı ali məktəbə qəbul olurlar.
Hazırlıq kurslarımızın məzunları ölkənin ADA, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı (MDU Bakı filialı), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) kimi ən yaxşı ali məktəblərində təhsil alırlar.
Aşağıdakı xanaları doldurun
Dərslər qrup şəklində keçirilir və şagirdlər üçün şəxsi strategiya hazırlanır.
Dərslər qrup şəklində keçirilir və hər bir şagird üçün şəxsi strategiya hazırlanır.
Təməl kursu 8-ci sinif şagirdləri üçün şagirdlərin baza biliklərinin artırılmasına istiqamətləndirilmişdir.
IELTS trial üçün Dərs Evinə gəl!
Classes are held by the CELTA certified tutors.
Təlim nəticəsində abituriyentlər müxtəlif məşğələlər etməklə stresin idarə edilməsi ilə bağlı özləri üçün şəxsi strategiya yaradırlar.
"Dərs Evi" müntəzəm olaraq DİM qaydalarına uyğun şəkildə buraxılış və qəbul imtahanları keçirir.
Dərs Evi sizə 9-cu siniflər üçün buraxılış fənləri üzrə hazırlıq təklif edir!