Dərs Evi mütəmadi olaraq DİM qaydalarına əsaslanan buraxılış və qəbul sınaq imtahanları təşkil edir.
Buraxılış sınaq imtahanı
9-cu sinif şagirdləri üçün buraxılış imtahanının II mərhələsinə uyğun 3 fənn üzrə (Ana dili, İngilis dili, Riyaziyyat) 90 qapalı tapşırıq verilir. Cəmi toplana biləcək bal - 210. İmtahan 2 saat 15 dəqiqə ərzində keçirilir.
11-ci sinif şagirdləri üçün 85 tapşırıq verilir. İmtahan 3 saat ərzində keçirilir.
Ana dili - Oxuyub anlamaya aid 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı) və dil qaydalarına aid 10 qapalı tapşırıq. Cəmi: 30 tapşırıq
Riyaziyyat - həllinin yazılması tələb olunan 7 açıq tapşırıq + ənənəvi formada olan 5 açıq tapşırıq+13 qapalı tapşırıq.
Cəmi: 25 tapşırıq
Xarici dil - 1. Dinləmə mətninə aid (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı + 3 yazı tələb olunan açıq);
2. Oxuyub-anlama mətninə aid (publisistik və ya bədii) 8 tapşırıq (4 qapalı + 4 yazı tələb olunan açıq);
3. Dil qaydalarına aid 16 qapalı tapşırıq. Cəmi: 30 tapşırıq
Qəbul sınaq imtahanı
3 saat davam edən sınaq imtahanında 4 ixtisas qrupu üzrə tapşırıqlar təqdim olunur.
I qrup: Riyaziyyat, Fizika, Kimya
II qrup: Riyaziyyat, Coğrafiya, Tarix
III qrup: Azərbaycan (rus) dili, Tarix, Ədəbiyyat
IV qrup: Kimya, Biologiya, Fizika
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur (22 qapalı + 8 açıq sual).
Açıq tipli tapşırıqlardan 3-ü yazılı formada cavablandırılması tələb olunan situasiya və ya mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar isə uzun müddət istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyən etmə tipli tapşırıqlardır.
Aşağıdakı xanaları doldurun
Dərslər qrup şəklində keçirilir və hər bir şagird üçün şəxsi strategiya hazırlanır.
"Dərs Evi" müntəzəm olaraq DİM qaydalarına uyğun şəkildə buraxılış və qəbul imtahanları keçirir.
IELTS trial üçün Dərs Evinə gəl!
Təlim nəticəsində abituriyentlər müxtəlif məşğələlər etməklə stresin idarə edilməsi ilə bağlı özləri üçün şəxsi strategiya yaradırlar.
Classes are held by the CELTA certified tutors.
Dərs Evi sizə 9-cu siniflər üçün buraxılış fənləri üzrə hazırlıq təklif edir!
Təməl kursu 8-ci sinif şagirdləri üçün şagirdlərin baza biliklərinin artırılmasına istiqamətləndirilmişdir.
Dərslər qrup şəklində keçirilir və şagirdlər üçün şəxsi strategiya hazırlanır.