Bəhmən Hacıyev

Satış departamentinin rəhbəri

Tarixi qaliblər yazır.

U. Çörçill

Bəhmən satış, marketinq, biznesin inkişafı, sığorta, HR-D, İT və innovasiyalar kimi fərqli sahələrdə təcrübəsi olduğundan rəhbərlik etdiyi sahəyə daim fərqli yanaşma və yeniliklər qatır. Dərs Evindən əvvəl 3 il ərzində “National Geographic” adlı beynəlxalq telekanalda aparıcı vəzifələrdə çalışaraq Azərbaycanın dünya miqyaslı tanıtımına istiqamətlənmiş 3 layihə üzərində çalışıb.

Dərs Evinin kreativ komandasının hər bir üzvü kimi, Bəhmən də təhsil sahəsinin davamlı inkişafını təmin etmək arzusundadır.