Lakin, buna baxmayaraq, dünyada həm təhsil mütəxəssislərin, həm fərqli miqyaslı şirkətlərin, icmaların pandemiyaya qarşı birləşmələrinin, öyrənənlər üçün öz mənafelərindən imtina etmələrinin şahidi olduq.
Bütün dünyada universitetlər, məktəblər və kolleclər bağlandığı zaman tədqiqatçılar, müəllimlər və tələbələr bütün yeni pedaqoji alətlərə, ünsiyyət texnikalarına, təlim metodlarına və tədris üslublarına uyğunlaşmaq üçün gecə-gündüz çalışırdılar.
Baş verən hadisələrin dünya üçün şok olmasına baxmayaraq, virtual sinif, distant təhsil, vebinar kimi anlamlar heç kim üçün yeni deyildi. Hətta bəzi təhsil müəssisələri illər ərzində yalnız onlayn formatda fəaliyyət göstərirdi. Azərbaycanda isə onlayn tədrisə keçid çevik olsa da, maarifçilər virtual sinifin idarəedilməsi, dərslərin interaktiv keçirilməsi, irəliləyişin qiymətləndirilməsi və iştirakçılar ilə ünsiyyətin qurulmasında bir sıra problemlər yaşadı.
Konfransın məqsədi dünya maarifçilərinin pandemiya dövründə yaşadığı, öyrəndiyi təcrübələri paylaşmaq, təhsil mütəxəssislərinə dəstək olmaq, onlara tədris sahəsində son yeniliklər barədə məlumat vermək və maarifçiləri vahid forum şəkilində bir araya toplamaqdır.
Konfransda iştirak ödənişsizdir, qeydiyyat vacibdir.
Şantal Nabe özünü marketinq tədqiqatlarının psixo-sosiologiyası, kouçinq, zərgərlik sənəti, disleksiyalı insanlar üçün fərdi dərslərin aparılması kimi bir-birindən fərqli sahələrdə sınayıb. Hazırda o, fəaliyyətini yetişkinlər üçün yaratdığı innovativ təhsil sistemi ilə davam etdirir.
Yumaks (Maximim Education) təhsil şirkətinin təsisçisi və direktoru. Boston Consulting Group şirkətində çalışarkən dünyada təhsil sahələri üzrə özəl, eləcə də dövlət qurumları üçün konsultasiyalar keçirib. Mixail mütəmadi olaraq müxtəlif beynəlxalq konfrans və sərgilərdə spiker qismində çıxış edir.
Ülviyyə Mikayılova təhsildə tədqiqat sahəsində böyük təcrübəyə sahib mütəxəssislərdəndir. 2009-cu ildən Dünya Bankının və YUNİSEF-in beynəlxalq məsləhətçisi kimi həm xaricdə, həm də Azərbaycanda bir sıra islahat yönümlü layihələrdə yer alıb. Hazırda ADA Universitetinin Təhsil fakültəsində baş müəllim kimi fəaliyyət göstərir. Ülviyyə Mikayılovanın elmi məqalələri bir çox yerli və xarici mənbələrdə dərc edilib.
Marina Rozenfeld, təhsil və təlim sahəsində müstəqil ekspertdir. 20 ildən çoxdur ki, dərs deyir və öyrədir. O, İsrail, Rusiya və Azərbaycanda innovativ təhsil layihələrinin yaradıcı qruplarının üzvü olub. Marinanı xüsusən imtahan hazırlığı, tədris prosesinin qiymətləndirilməsi, tərtibatı və təhsilin emosional cəhətləri maraqlandırır.
Sertifikat almaq üçün mobil nömrənizi daxil edin