Dərs Evinin yeni Nərimanov filialı istifadəyə verildi!

16.08.2019

2015-ci ildən fəaliyyət göstərən və ölkədə təhsilin inkişafına dəstək göstərən Dərs Evi tədris mərkəzi yeni Nərimanov filialı ilə qarşınızdadır!

Tədris mərkəzi 8-11-ci sinif şagirdlərinin Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarına, buraxılış və qəbul imtahanlarına hazırlıq, həmçinin Ümumi İngilis dili, SAT, IELTSxaricdə təhsil istiqamətləri üzrə ixtisaslaşmışdır. Burada şagirdlərin nəinki imtahana hazırlığına, onların motivasiya və psixoloji vəziyyətlərinin yaxşı olmasına da xüsusi diqqət ayrılır.

Dərs Evində bütün dərslər Amerika və İsraildən olan ekspertlərin hazırladıqları unikal metodika əsasında keçirilir. Bu təcrübə DİM tələblərinə əsasən yerli proqrama uyğunlaşdırılmışdır.

Yeni Nərimanov filialının fəaliyyəti “Düzgün ixtisas seçimini necə etməli?” mövzusunda seminar ilə başladı. Tədbirin xüsusi qonağı BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli gələcəyin peşələri haqqında və ölkədə əmək bazarının tələbləri haqqında söz açdı, xarici və yerli praktikaları nümunə gətirdi.

Gənclərə peşə seçimi zamanı dəstək olmaq, onlara düzgün istiqamət vermək məqsədilə Dərs Evi və Moskva Dövlət Universiteti “Peşə seçimi testi”ni təqdim etdilər. Bu test abituriyentlərin maraqlarını, şəxsi keyfiyyətlərini, bacarıqlarını qiymətləndirməyə imkan verir. “Peşə oriyentator” kompleksi üzrə testi keçən hər kəs nəticələrini çap olunmuş şəkildə əldə edir və öz psixoloji portretini görür. Daha sonra testin nəticələrinə əsasən peşə konsultantı şagird ilə görüş keçirir və abituriyentə uyğun peşələrin siyahısını, bu peşələrin tədris olunduğu ali məktəblərin adlarını və bir sıra lazımlı tövsiyələri verir.

Dərs Evinin “Get” xaricdə təhsil mərkəzi isə ABŞ, Kanada, Birləşmiş Krallıq, Almaniya, Çexiya, İsveçrə, Hollandiya, Çin, Yaponiya, Sinqapur, Malayziya, Cənubi Koreya, BƏƏ, Avstraliya və bir çox digər ölkələrə məktəb və universitet proqramlarını təklif edir.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşdı və hər kəs tədbirin qonağına maraqlandıqları sualları ünvanlayan bildi.

Dərs Evinin ünvanları: Nərimanov filialı – Təbriz küçəsi 85 D; Yasamal filialı – Hüseyn Cavid pr. 87.

Tel: *3377

Instagram: https://www.instagram.com/dersevi/

Facebook: https://www.facebook.com/derseviazerbaycan/

Это может быть интересно для вас

  • Испытательные экзамены

    Dərs Evi регулярно организует испытательные экзамены, основанные на правилах ГЭЦ.

  • Английский язык

    Занятия проводятся преподавателями, прошедшими специальную сертификацию Kaplan и CELTA.

  • Курсы для выпускников

    Мы предлагаем выпускникам курсы подготовки по предметам, в соответствии с выбранной группой специальностей.

  • IELTS

    Курсы IELTS проводятся по международной методике Kaplan, которая позволяет добиться наибольшего успеха в самый короткий срок.

  • Психологическая подготовка

    На этом тренинге абитуриенты выполняют психологические упражнения, помогающие им научиться справляться со стрессом и создать для самих себя личную стратегию подготовки к экзамену.

  • Курс подготовки онлайн

    В течение пяти недель ученики в режиме on-line получают теоретические материалы и проверочные задания по математике и английскому, а затем выполняют домашнюю работу и отправляют ее преподавателям.